“Qarabağ” seçki bloku parlament seçkilərində “AXCP-Müsavat” blokuna namizədləri olmayan dairələrdə bir-birilərini müdafiə etməklə bağlı təkilf etsə də, bu təklif qəbul edilməyib. Bu barədə Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu “kanal13” internet televiziyasına müsahibəsində bildirib. Onun sözlərinə görə, müalifət partiyalarının belə iki yerə bölünməsi seçkidə uğursuzluğa aparan yolun başlanğıcını qoyub.
S.Cəlaloğlu bildirib ki, əgər hər iki blok bir yerdə olsaydı, o zaman 2005-ci il seçkilərinin nəticələrinə uyğun mənzərə əldə edə bilərdilər.
“Çox təəsüf ki, onlar bundan imtina etdilər”-deyən ADP sədri bununla yanaşı, qeyd edib ki, təmsil olunduğu “Qarabağ” bloku da öz gücünə və nüfuzuna görə geridə qalmır və “AXCP-Müsavat” bloku ilə “Qarabağ” bloku bərabər gücdədir.
“Bizimlə əməkdaşlıqdan niyə imtina etmələri mənim üçün qaranlıq qalıb. “Qarabağ” bloku “AXCP-Müsavat “blokunu öz bloku hesab edir, onun məğlubiyyətini öz məğlubiyyəti kimi qarşılayır. Onlar bunu necə başa düşür, öz problemlərirdir. Onlar məni agent, xain bilirlər. Öz işləridir. Amma mən bu bloku müxlifətin ən vacib aparıcı bloku hesab edirəm”-deyə S. Cəlaloğlu vurğulayıb.
Modern.az