Modern.az

Deputat rus sektoruna maliyyə ayrılmasına etiraz etdi

Deputat rus sektoruna maliyyə ayrılmasına etiraz etdi

Ölkə

Bu gün, 15:39

Deputat rus sektoruna maliyyə ayrılmasına etiraz etdi.

Modern.az xəbər verir ki, bu barədə deputat Hikmət Babaoğlu Milli Məclisin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

"Hazırda Azərbaycanda rus bölməsində 157 min, Azərbaycan bölməsində isə 1 milyon 570 min şagird təhsil alır. bir şagirdin dövlət büdcəsi hesabına illik maliyyələşməsi 2 min manat təşkil edir. Azərbaycanda, görəsən, ingilis, çin və fransız dillərində dövlət hesabına təhsil verən məktəb varmı? Demək olar ki, yoxdur. Belə olan halda görəsən rus dilinin Azərbaycanda xüsusi əlahiddə statusu nədir ki, 157 min şagird bu dildə təhsil alır, onun da xərclərini dövlət ödəyir?! İstər-istəməz sual yaranır ki, nə üçün? Bu barədə düşünmək lazımdır. Bu ümumi şagirdlərin 9.3 faizini təşkil edir", - o deyib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranda əməliyyat başladı - Silahlı dəstə məhv edildi