Modern.az

Azərbaycan tarixi vəzifələrini borc almadan həyata keçirib – Nazir

Azərbaycan tarixi vəzifələrini borc almadan həyata keçirib – Nazir

Ölkə

Bu gün, 12:04

Tarixi vəzifələr borclanmaya müraciət edilmədən, ölkənin öz resursları hesabına həyata keçirilib.

Modern.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov  "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin Milli Məclisin plenar iclasında müzakirəsi zamanı bildirib.

“Möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ötən illərdə əldə olunmuş iqtisadi nəticələr ölkəmiz qarşısında duran tarixi vəzifələrin həllinə yönəldilib: müdafiə qabiliyyətimiz gücləndirilib, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri aparılıb, böyük miqyaslı sosial paketlər reallaşıb və əhalinin rifahı yüksəlib. Ən mühüm məqam ondan ibarətdir ki, bu vəzifələr borclanmaya müraciət edilmədən, ölkənin öz resursları hesabına həyata keçirilib. ÜDM-in artımı bütövlükdə qeyri-neft-qaz sektoru hesabına təmin olunub Möhtərəm Prezidentimizin siyasi iradəsinin və müəyyən etdiyi inkişaf kursunun nəticəsi olaraq iqtisadiyyatın neft-qaz sektorundan asılılığı ardıcıl olaraq azalır. Son illərdə olduğu kimi, cari ilin 10 ayında da ÜDM-in artımı bütövlükdə qeyri-neft-qaz sektoru hesabına təmin olunub.” , - deyə nazir qeyd edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya DƏHŞƏTLİ HÜCUM! Şəhərlər od içində, zavodlar yanır!