Modern.az

Azərbaycanda avtomobil istehsalı ilə bağlı diqqətçəkən STATİSTİKA

Azərbaycanda avtomobil istehsalı ilə bağlı diqqətçəkən STATİSTİKA

Ölkə

Bu gün, 11:33

2025-ci ildə Azərbaycanda təxminən 5 min avtomobil istehsal edilib.

Bu barədə Dövlət Statistika Komitəsindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib.

Məlumata görə, 2025-ci ildə ölkədə cəmi 4 973 ədəd avtomobil istehsal edilib. İstehsal olunan avtomobillərin 4 038-i minik avtomobilləri, 477-si ictimai sərnişin nəqliyyat vasitələri, 458-i isə yük avtomobilləri olub.

Bildirilib ki, ötən il “Avtomobil, qoşqu və yarımqoşquların istehsalı” ilə məşğul olan müəssisələrin sayı 25 vahid təşkil edib.

Nəqliyyat eksperti Aslan Əsədov Modern.az-a açıqlamasında Azərbaycanda avtomobil istehsalının mövcud vəziyyətini dəyərləndirərkən bildirib ki, yerli avtomobil istehsalı dedikdə, ölkədə həm istehsal, həm də yığım yolu ilə buraxılan nəqliyyat vasitələri nəzərdə tutulur.

Onun sözlərinə görə, Azərbaycanda müxtəlif dövrlərdə “Oka”, “AzSamand”, “Xəzər” markalı avtomobillər istehsal və yığım olunub. Hazırkı vəziyyət isə yerli avtomobil sənayesinin inkişafı və istehsal olunan nəqliyyat vasitələrinin rəqabət qabiliyyəti baxımından müəyyən çətinliklərin olduğunu göstərir.

Ekspert qeyd edib ki, ölkədə istehsal olunan avtomobillərin böyük əksəriyyəti müasir qlobal bazar standartlarına, qabaqcıl texnologiyalara və elektron sistemlərə malik nəqliyyat vasitələri ilə müqayisədə geri qalır. Bu baxımdan, 2025-ci ildə Azərbaycanda istehsal edilən 4 973 avtomobilin say göstəricisi ilə yanaşı, onların texniki imkanları və bazarda rəqabət qabiliyyəti də diqqətdə saxlanılmalıdır.

Aslan Əsədov əlavə edib ki, avtomobil istehsalının inkişafında rentabellik və əhalinin alıcılıq qabiliyyəti də mühüm rol oynayır. Nəqliyyat vasitələrinin istismar müddəti, texniki göstəriciləri və nəqliyyat sistemi daxilində koordinasiyanın düzgün qurulması bu sahənin perspektivlərinə birbaşa təsir edən amillərdəndir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyə ayağa qalxdı! Gürcüstana sərt cavab - Ərdoğan hərəkətə keçdi