Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında oktyabrın 27-də hava şəraitinin dəyişkən buludlu əsasən yağmursuz keçəcəyi, cənub-şərq küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu gecə 12-15, gündüz 17-19 dərəcə isti təşkil edəcək.
Bakıda və Abşeron yarımadasında oktyabrın 28-də səhər və axşam havanın tutqun olacağı, bəzi yerlərdə çiskinli yağış yağacağı, şimal-qərb küləyinin əsəcəyi gündüz cənub küləyi ilə əvəz olunacağı gözlənilir. Havanın temperaturu gecə 7-12, gündüz 17-20 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında
Oktyabrın 27-də axşam və gecə bəzi yerlərdə yağış yağacağı, səhər ayrı-ayrı yerlərdə duman olacağı, şərq küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu gecə 11-15, gündüz 18-23, dağlarda gecə 3-6, gündüz 10-15 dərəcə isti təşkil edəcək.
Oktyabrın 28-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, səhər ayrı-ayrı yerlərdə duman olacağı, şərq küləyinin bəzi yerlərdə arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 13-16, gündüz 19-24, dağlarda gecə 3-6, gündüz 12-17 dərəcə isti təşkil edəcək.