Modern.az

AŞPA missiyası Rusiyadakı soydaşlarımızın səsvermədən kənarda qalmasından narahatdır

AŞPA missiyası Rusiyadakı soydaşlarımızın səsvermədən kənarda qalmasından narahatdır

Ölkə

27 Oktyabr 2010, 13:21

MSK rəsmisi: “Parlament seçkiləri zamanı xarici ölkərlərdə seçki məntəqələri təşkil edilmir”

Avropa Şurası Parlament Assamblayasının seçkiqabağı missiyası Azərbaycanda 7 noyabrda baş tutacaq parlament seçkilərindən əvvəl keçirilən seçkı kampaniyasına dair ilkin hesabatında bildirib ki, Azərbaycan qanunvericiliyinin ümumi seçki hüququ təmin etməsinə baxmayaraq, xaricdə yaşayan çoxsaylı azərbaycanlılar yalnız seçki günü yaşadıqları dairəyə geri döndükləri halda səsvermədə iştirak edə bilərlər. Belə bir hal seçki hüquqlarının universal xarakter daşıması prinsipinə kölgə salır.

Mərkəzi Seçki Komissiyasının mətbuat xodmətinin rəhbəri Azər Sarıyev Modern.az-a bildirib ki, qanunveriçiliyə görə parlament seçkiləri zamanı xarici ölkərlərdə seçki məntəqələri təşkil edilmir. Çünki xarici ölkərlərdə 125 dairə üzrə seçki bülletenləri paylamaq və məntəqələr üzrə səsverməni təşkil etmək mümkün deyil.
“Yalnız prezident seçkiləri zamanı səfirliklərdə və konsulluqlarda seçki məntəqələri yaradırıq. Çünki vahid bülletenin olması buna imkan verir”-deyə A. Sariyev qeyd edib.

Xatırladaq ki, bir sıra siyasi müşahidəçilər 2 milyona qədər soydaşımızın Azərbaycandan kənarda olmasını bildirirlər. Onların əksəriyyəti Rusiyada müxtəlif mövsümi işlərdə çalışır. Deməli onlar seçkilərdə iştirak edə bilməyəcəklər.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı