Modern.az

Daxili İşlər Nazirliyi Şahin Ağabəylinin ölümü ilə bağlı rəsmi açıqlama yayıb

Daxili İşlər Nazirliyi Şahin Ağabəylinin ölümü ilə bağlı rəsmi açıqlama yayıb

Ölkə

27 Oktyabr 2010, 17:02

Daxili İşlər Nazirliyi jurnalistin ölümüylə nəticələnən yol qəzası barədə məlumat yayıb. Məlumatda bildirilib:

"Oktyabrın 27-də saat 09.00 radələrində Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində “Yeni Çağ” qəzetinin baş redaktoru, Xırdalan şəhər sakini Aqil Fərəcov idarə etdiyi “Nissan-Tiida” markalı avtomaşını aşırıb. Nəticədə xəsarət almış sərnişin, “Milli yol” qəzetinin redaktoru Neftçala rayon sakini Şahin Ağabəyli xəstəxanaya aparılarkən yolda ölüb.
A.Fərəcovun özü isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağırdır.
DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən araşdırma aparılıb".

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı