Modern.az

Azərbaycanlıları öldürən millətçi “NSO” qrupu Jirinovskinin himayəsi ilə yaradılıbmış...

Azərbaycanlıları öldürən millətçi “NSO” qrupu Jirinovskinin himayəsi ilə yaradılıbmış...

Ölkə

29 Oktyabr 2010, 11:14

Azərbaycan, Türkiyə, Özbəkistan, Tacikstanın 15-ə yaxın vətəndaşlarını öldürməkdə günahkar sayılan Vasili Krivets 22 ilini həbsxanada keçirəcək. Bu barədə Moskva şəhər məhkəməsi qərar çıxarıb. Modern.az “Rossiyskaya qazeta”ya istinadən bildirir ki, qapalı şəraitdə aparılan məhəkəmə yüksək təhlükəsizlik şəraitində keçib. Məhkəmənin qarşısında milis növbə çəkib, iclas zalında isə əli avtomatlı “OMON” döyüşçüləri olub. 

Məhkəmə “Tim” ləqəbli 22 yaşlı Krivci ultra-millətçi qrupun lideri hesab edərək barəsində  hökm çıxarıb. Bu cinayətkar dəstə Moskvaya gələn miqrantları öldürməklə məşğul olub.  Bu zaman cinaytkarlar isterik şəkildə “Rusiya slavyanlar üçündür”, “qıyıqgözlərə ölüm!” deyə qışqırırmışlar. 

Krivesin rəhbəri olduğu dəstə millətci “NSO” qrupu adı altında formalaşıb. NSO 2004-cü ildə LDPR-in rəhbəri Vladimir Jirinovskinin köməkçisi olmuş Sergey İvanov tərəfindən yaradılıb. Əvvəlcə bu leqal fəaliyyət göstərən millətçi partiya kimi yaratmaq istəyiblər. Amma bu sonradan bandaya çevrilib. 
Sonradan qrupa “Russkaya Volya” nəşrinin redaktoru “Adolf” ləqəbli Maksim Bazılev rəhbərlik edib.  NSO-nun üzvlər qafqazlıların üzərinə hucum edir və onları səbəbsiz yerə öldürürmüşlər.

2008-2009-cu ildə qrupun üzvlərinin əksəriyyəti müxtəlif ittihamlarla təcridxanalarda yatıb. Adolf isə özünü Petrovkadakı təcridxana öldürüb.

Son bir ildə Moskova şəhər məhkəməsi milli zəmində ölüm işinə görə 40-dan yuxarı skinhedə hökm çıxarıb.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı