Modern.az

Sabunçu sakinləri Zabrat avtomobil yolunu bağladılar

Sabunçu sakinləri Zabrat avtomobil yolunu bağladılar

Ölkə

30 Oktyabr 2010, 12:04


Bu gün saat 11.00 radələrində Sabunçu-Zabrat avtomobil yolu bir qrup sakin tərəfindən bağlanıb. Modern.az-ın məlumatına görə, etiraz aksiyası keçirən 200-dən Sabunçu sakininin bu addımı Sabunçu-Zabrat yolunda böyük tıxaca səbəb olub.
Aksiya iştirakçıları yolu bağlamalarının səbəbini onunla izah ediblər ki, onlar ərazidə yerüstü və ya yeraltı piyada keçidi tikilməsini istəyirlər.
Sakinlərin sözlərinə görə, Sabunçu dairəsinin yaxınlığında piyada keçidi tikilmədiyindən onlar yolu keçməkdə çətinlik çəkirlər, həyatları hər an təhlükəylə üz-üzə qalır. Elə bunun nəticəsidir ki, indiyədək yol keçərkən onlarla piyada bədbəxt hadisənin qurbanı olub.
Hadisə yerinə polis gələndən sonra yol açılıb, aksiya iştirakçıları dağıdılıb.

Modern.az

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı