Modern.az

Deputatlığa namizəd Eldar Quliyev 4 kəndin əhalisini və öz rəqiblərini bir yerə yığdı ®

Deputatlığa namizəd Eldar Quliyev 4 kəndin əhalisini və öz rəqiblərini bir yerə yığdı  ®

Ölkə

30 Oktyabr 2010, 19:14

Oktyabrın 30-da Sabunçu rayonu Maştağa qəsəbəsində Maştağa kəndindəki “Görüş” şadlıq sarayında 29 saylı Sabunçu üçüncu seçki dairəsi üzrə deputatlığa namizəd, “Azərittifaq”ın İdarə Heyətinin sədri Eldar Allahverdi oğlu Quliyevin Zabrat, Maştağa, Bilgəh, Nardaran kənd sakinləri ilə görüşü keçirilib.
Görüşdə tanımış simalar da içtirak edib: Maştağa kəndində anadan olan xalq artisti Yaşar Nuri, aktyor Qorxmaz Əlili və digərləri. Deputatlığa namizədlə görüşə gələnlər araslnda yuxarıda adları çəkilən kəndlərin zialıları, hacıları da iştrak ediblər.
Maraqlıdır ki, bu görüşdə həmçinin, 29 saylı Sabunçu üçüncü seçki dairəsindən Eldar Quliyevin rəqibləri olan deputatlığa digər namizədlər də iştrak edib. Ümumilikdə tədbirdə 500-dən çox seçici iştrak edib.

Deputatlığa namizəd Eldar Quliyev çıxış edərək Nardaran, Bilgəh, Zabratdan olan seçiciləri salamlıyıb.

”Mən deputatlıq fəaliyyətim dövründə heç vaxt kəndlərə ayrı-seçkilik qoymamışam, Nardaran da, Bilgəh də, Maştağa da, Zabrat da mənim üçün eyni yerlərdi. Mənim məhz bu dairədən namizədliyim təsadüfi deyil. Bura mənim ata yurdumdur, o yurddur ki, mən anadan olub boya-başa çatmışam, buranın çörəyini yemişəm, tərbiyəsini almışam və buradan şəhərə getmişəm və buna görədə mən buradan millət vəkili olmağı istəmişəm, Mən sizinlə olmaq istəmişəm, sizin dərdinizi bölüşdürmək, anamın uyduğu torpağın millət vəkili olmaq istəmişəm.

Mən ötən 5 il ərzində sizinlə tez-tez görüşlər keçirtmişəm. Mən aidiyyatı qurumlara müraciət elədim ki, bizə dairəmizin ərazisində seçiciləri qəbul eləmək üçün yer versinlər və bu belə də oldu. Bütün bu dörd kənd üçün munasib yer Maştağanı seçdik və orda seçiciləri qəbul eləmək üçün tezliklə bir bina tikdim. Ondan sonra sizinlə çoxlu sayda görüşlərimiz oldu. Mən deputat olduğum bu 5 il ərzində 2 min 640 nəfərin ərziəni qəbul etdim. 2 min 670 nəfərə maddi köməklik göstərdim və 3 min 710 adamı qəbul etdim.

Hər  bazar günü  20-30, hətta 40 adamı qəbul edirəm. Bu mənim sizin qabağınızda götürdüyüm öhdəlikdi, mən sizinlə görüşməliyəm, sizin dərdinizi, sərinizi bölüşməliyəm. Lazımi məqamlarda çörəyimi də sizinlə bölməyə hazıram və böləcəyəm də, necəki bu 5 ildə bölmüşəm. Mən 2005-ci ildə bu dairədən deputat seçiləndə bu kəndlərin işıq, qazla bağlı böyük problemləri var idi. Müraciət elədim və tez bir zamanda qəsəbələrimizdə 100-dən çox transformator qoyuldu. İki böyük yarımstansiya tikildi, biri Bilgəhdə, digəri isə Zabratda.

Maştağada qeydiyyat şöbəsi, poliklinika tikilib, park təmir olunub. Ən böyük arzum budur ki, mənim xalqım, mənim millətim, mənim kəndim, qəsəbəmin insanları daha yaxşı, firavan  yaşasınlar, çünki onlar buna laiq adamlardır və mən də əlimdən gələni öz camaatım üçün əsirgəmiyəcəyəm.

Əziz həmkəndlilərim, mənim sizdən başqa ümid yerim yoxdu, çünki bu seçkilərdə seçici də sizsiniz, qiymətləndirən də, gələcəyi təyin edən də.  Siz olmasanız bizim gələcəyimiz olmaz. Mən bu gün alternativlərimlə rəqib deyiləm, onlarla yoldaşam, söz verirəm ki, siz kimə səs verəcəksinizsə, kim qalib gələcəksə, birinci onu təbrik edən mən olacağam.

Əziz seçicilərim, sizdən xahiş edirəm 7 noyabrda hamınız məntəqələrə gəlib seçkilərdə iştrak edib ən layiqli adama səs verin. O adama səs verin ki, o millətinə, ölkəsinə, rayonuna, kəndinə, camaatına can yandırandır və həqiqətəndə sizin etimadınızı doğrulda biləcək. O insana səs verin ki, o, sizin gözünüzə baxsın, başını aşağa dikib ayağınıza baxmasın”.

Görüşdə Maştağa kənd sakini Hacı Məhəmməd Quluzadə çıxış edərək bildirib ki, ondan bəzən soruşurlar kimə səs verəcəksiniz, o da deyir ki, özünə yaxın olan adama: “Mən bir ruhani kimi çox imanlı yerlimiz olan Eldar İbrahim oğlu Quliyevə səs verəcəyəm və burada əyləşən bütün hacıları, kərbəlayiləri, məşədiləri, imanlı adama səs verməyə çağırıram”.

Xalq artisti və Eldar Quliyevin vəkili Yaşar Nuri də çıxış edib.
“Mənim əslim-köküm Maştağa kəndi ilə bağlı olduğu üçün mən Eldar Quliyevin vəkili olmağa məmüniyyətlə razılıq verdim. Eldar müəllim yeganə millət vəkildir ki, iqamətgahını öz seçicilərinin arasında – Maştağada tikdirib. Bu gün deputatlığa namizədliyi qeydə alınmış bir çox adamlar efirə çıxıb özünü aktiyorluğa qoyurlar. Demək istəyirəm ki, artıq 20 ildi ki, aktyoram və  kimin-kim olduğunu yaxşı bilirəm. Adam gərək tanıdığı insana səs versin, səlahiyyətim olsaydı, Maştağaya 5 illik qeydiyyata keçərdim və böyük məmuniyyətlə Eldar Quliyevə səs verərdim”.
 
Daha sonra “İslahat” siyasi blokundan 29 saylı Sabunçu üçüncü seçki dairəsindən namizədliyi qeydə Telman Quliyev çıxış edərək bilidirib ki, Eldar Quliyevin seçki qərərgahının təşkil etdiyi belə görüşə görə ona dərin təşəkkürünü bildirir: “Kim qalib gələcəksə, ona uğurlar arzulayıram”.

Namizədin digər vəkili, aktyor Qorxmaz Əlili də çıxış edərək bütün dostlarını, onu istiyənləri, tanıyanları 7 noyabr tarixində Eldar Allahverdi oğlu Quliyevə səs verməyə çağırıb.

Seçici Adil Məmmədov bildirib ki, bu dairədə hamı artıq Eldar Quliyevə öyrəşib: “O bizim problemlərimizlə daima marağlanıb. Biz yenə də ailə üzvlərimizlə, dostlarımızla, tanışlarımızla bir yerdə Eldar müəllimə səs verəcəyik. Bizə başqa deputat lazım deyil, biz yalnız Eldar Quliyevə səs verəcəyik”.

Sonda Eldar Quliyevə fəxri diplomlar və hədiyyələr təqdim olunub. Türk Dünyası Araşdırmaları Akademiyasının nümayəndələri Atatürkün qurduğu Türkiyə Cümhuriyyətinin 87-ci ildönümü münasibəti ilə Eldar Quliyevə üzərində Atatürkün şəkli olan döş nişanı və fəxri diplomlar təqdim ediblər.

Hacı Zeynəlabdin Tağıyev Fondunun üzvü Təfəkkül Əliheydəroğlu isə fondun fəxri diplomunu Eldar Quliyevə təqdim edib.

 

 

 

 


Seçki qərargahı    

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı