Modern.az

Şəhidin adına bank hesabı açılıb

Şəhidin adına bank hesabı açılıb

Ölkə

4 Noyabr 2010, 12:28


Sentyabrın 4-də cəbhənin Tərtər rayonu istiqamətində gedən döyüşdə Milli Ordumuz iki şəhid verdi. Həmin şəhidlərdən biri - Abdullayev Əhməd Hüseynağa oğlu ilə bağlı xeyirxah bir addım atılıb. Ordumuzun mayor rütbəli şəhidi Əhməd Abdullayev 30 iyul 1976-cı ildə Cəlilabad rayonunda anadan olub. Kiçik yaşlarından hərb sənətinə həvəs göstərən Əhməd 1991-ci ildə Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olub, 1992-1996-cı ildə Kuleli Askeri Lisesində, 1996-2000 Kara Harp Okulunda, 2000-2001-ci ildə İzmir İstehkam Okulunda təhsil alıb. Təhsilini bitirdikdən sonra Azərbaycan Silahlı Qüvvələrində qutsal vəzifəsinə başlayan Əhməd Abdullayev 2010-cu il sentyabrın 4-də Tərtər sərhəd bölgəsində gedən döyüşdə qəhrəmancasına şəhid olub.
Dərindən dərk edən insan üçün şəhadətlik şərəfdir və ən uca zirvədir, amma bu bizim həssas reallıqlarla üz-üzə qalmağımızın qarşısını ala bilmir. Belə ki, Əhməd Abdullayev evliydi və iki körpə övlad sahibiydi. O körpələr özlərini atasız hiss edə bilərlər, təəssüf ki, bu mənəvi görəvi tam təmin etmək bizlərin əlində deyil, amma o övladlar hiss etməlidirlər ki, sahibsiz deyillər. Atalarının uğruna canından keçdiyi bu millət və dövlət hər zaman onların yanındadı.
Yuxarıda qeyd etdiyimiz xeyirxah addıma gəlincə bildirək ki, Əhməd Abdullayevin ailəsinə yardım məqsədilə bankda hesab açılıb.
Bu məsələyə həssas yanaşan hər bir həmvətənimizə xeyirxah missiyaya qoşulmaq çağırışı ünvanlanıb

Bank hesabı:

Benefisiar alan bank:
ADI: Beynəlxalqbank ASC Cəlilabad filialı
KODU: 805302
VÖEN: 9900001881
MÜXBİR HESAB: 0137010002944
SWIFT BİK: IBAZAZ2X

Vəsaiti alan:
ADI: Abdullayeva Ulduz Ramiz qızı
HESAB NÖMRƏSİ: 33801019443607228259
VÖEN: 9900001881

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı