Modern.az

Kıprıslı nazir: "Öncə işğal bitməlidir”

Kıprıslı nazir: "Öncə işğal bitməlidir”

Ölkə

19 Oktyabr 2009, 10:50

“Ermənistan BMT qətnamələrini dərhal icra etməlidir”. Bu sözləri “Türksoy” – Türk dövlətləri mədəniyyət nazirlərinin növbəti toplantısında iştirak etmək üçün Bakıya gəlmiş Quzey Kıbrıs Türk Cümhuriyyətinin mədəniyyət və turizm naziri  Həmzə Ersan Saner Modern.az-a açıqlamasında bildirib.

Türkiyə ilə Ermənistan  arasında sərhədlərin açılması təhlükəsinə münasibət bildirən nazir qeyd edib ki, onlar bütün məsələlərə beynəlxalq hüqüq prizmasından yanaşırlar: “Məlumdur ki, Azərbaycan torpaqlarının heç bir şərt qoymadan işğaldan azad edilməsi üçün Birləşmiş Millətlər Təşkilatının qətnamələri var. Öncə bu qərarlar dərhal yerinə yetirilməlidir. Sonra başqa məsələlər gündəmə bilər”.

 

Sizə yeni x var
Keçid et
Putin kəşfiyyata təcili ƏMR VERDİ - Türkiyəni kimlər qarışdırır?