
Cümə axşamı və cümə günü Təzəpir məscidində şəhid hərbçilərimizə - Milli Qəhrəman Mübariz İbrahimov və baş leytenant Fərid Əhmədovun ruhuna ehsan veriləcək. Modern.az-ın məlumatına görə. Bu barədə Qafqaz Müsəlmanları İdarəsi bəyan edib. İdarənin sədri hacı Allahşükür Paşazadə bildirib ki, ehsanatda hər bir Azərbaycan vətəndaşı iştrak edə bilər.
Xatırladaq ki, hər iki şəhid dünən II Fəxri Xiyabanda torpağa tapşırılıb.
Prezidentin fərmanıyla ölümlərindən sonra Mübariz İbrahimova Azərbaycanın Milli Qəhramanı adı verilib, digər sərəncamla isə Fərid Əhmədov “İgidliyə görə” medalı ilə təltif edilib.
Modern.az