Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı əsasən yağmursuz keçəcəyi ehtimalı var. Şimal-qərb küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu gecə 10-12, gündüz 17-19 dərəcə isti təşkil edəcək.
Noyabrın 12-də Bakıda və Abşeron yarımadasında havanın tutulub açılacağı, gecə və səhər duman olacağı, yarımadanın bəzi yerlərində çiskinli az yağış yağacağı ehtimalı var.
Cənub-şərq küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu gecə 10-12, gündüz 16-18 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında
Noyabrın 11-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı, çiskinli az yağış yağacağı ehtimalı var. Şərq küləyinin əsəcəyi gündüz qərb küləyi ilə əvəz olunacağı arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 6-11, gündüz 17-20, dağlarda gecə 4-8, gündüz 13-15 dərəcə isti təşkil edəcək.
Noyabrın 12-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman və çiskin olacağı ehtimalı var. Şərq küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu gecə 6-11, gündüz 17-21, dağlarda gecə 4-8, gündüz 14-17 dərəcə isti təşkil edəcək.
Modern.az