“İstər İsa Qəmbərin, istərsə də Əli Kərimlinin deputat seçilmək istəyinin həyata keçməməsi demokratiya anlayışı və seçkinin şəffaflığı ilə eyniyyət təşkil etmir. Bu olsa-olsa konkret namizədin öz proqramını lazımi dərəcədə həyata keçirə bilməməsidir”.
Modern.az-ın məlumatına görə, bu sözləri YAP icra katibi Əli Əhmədov bir qrup müxalifət partiyasının seçkinin nəticələrini tanımadıqları ilə bağlı bəyanatına münasibətini bildirərkən deyib. İcra katibi deyib ki, seçkidə konkret şəxslərin uğur qazanmaması bütövlükdə demokratik ab-hava şəraitində keçirlən seçki fonunda namizədlərin şəxsi problemi kimi dəyərləndirilə bilər.
YAP icra katibi vurğulayıb ki, Azərbaycanda bəzi siyasi qüvvələr seçkilərlə bağlı fərqli mövqelər ortaya qoymağa cəhd göstərirlər. “Bəzi dairələrdə deputat seçilmək istəklərini həyata keçirə bilməyənlər özlərinin bu uğursuzluğunu demokratiya anlayışı ilə səhv salmağa meyillidir”-deyən Ə.Əhmədov vurğulayıb ki, beynəlxal rəylər seçkilərin ümuumu şəkildə normal keçdiklərini bəyan edib.
“Ümid edırık ki, beynəlxal təşkilatalar seçkilərə düzgün və obyektiv qiymət verə biləcəklər”-deyə o, vurğulayıb.
Modern.az