Yeni Azərbaycan Partiyasının yaradılmasının 18-ci ildönümü münasibətilə keçirilən konfransda qurumun icraçı katibi Əli Əhmədov bu ayın 7-də keçirilən parlament seçkilərindən də danışıb. Jurnalistlərə açıqlamasında o qeyd edib ki, Azərbaycanda keçirilən parlament seçkiləri Seçki Məcəlləsinin tələblərinə uyğun, demokratik, azad, şəffaf keçirilib və seçkilər baş tutub.
İcra katibi bəzi namizədləırin seçkilərin qalibi olmaq üçün yetərli səs toplaya bilmədiyini xatırladaraq, deyib ki, onlar bunu insanların dəstəyini qazana bilməməkləri ilə deyil, seçki prosesinin normal keçməməsi ilə əlaqələndirirlər: “Mərkəzi Seçki Komissiyası tərəfindən bu kimi iddialar təkzib olunub. Ona görə də istərdim ki, insanlar qalibləri təbrik etməyi və məğlubiyyəti həzm etməyi bacarsınlar”.
Modern.az