
Bakıda ikigunlük bahalaşmadan sonra çörəyin qiyməti yenidən düşüb. Modern.az Bakının çörək dükanlarında apardığı müşahidələrə görə, bu gün səhərdən çörək 30 qəpiyə satılır. Satıcılarla söhbətdə onlar bildiriblər ki, çörəyin çəkisi də azaldılıb. İndi 520 qramlıq zavod çörəyi 30 qəpiyə satılır.
Qeyd edək ki, bir neçə gün idi Bakının çörək sexlərində bişirlən çörəyin qiymətləri artırılmışdı- 40 qəpiyə satılırdı. Bununla bağlı verilən açıqlamalarda ölkəyə gətirilən buğdanın qiymətində bahalaşma ilə əlaqələndirilib.
Modern.az