Modern.az

Orta məktəblərdə reydlər başlayıb

Orta məktəblərdə reydlər başlayıb

Ölkə

22 Noyabr 2010, 14:52


Bu həftədən Bakı Şəhəri üzrə Təhsil İdarəsi ümumtəhsil müəssisələrində reydlərə başlayıb. Bu bardə Modern.az-a adı çəkilən idarədən məlumat verilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirlib ki, monitorinq zamanı məktəbli formasına keçidin vəziyyəti, məktəbin tərtibatı, sənədləşmə, məktəb ətrafının təmizliyi, şagirdlərin, xüsusən də yuxarı sinif şagirdlərinin dərsə davamiyyəti kimi məsələlərə ciddi fikir veriləcək.
Reyd zamanı məktəbdaxili nəzarətin və tərbiyəvi işin təşkili, müəllimlərin dərsə hazırlıq vəziyyəti, o cümlədən iş proqramlarının və jurnalların doldurulması, gündəliklərin yazılması, müəyyən sinif otaqlarının, kabinetlərin tərtibatı kimi məsələlərə də ciddi nəzarət ediləcək. Reydlər mütəmadi olaraq, bəzən bir məktəbdə bir neçə gün olmaqla keçiriləcək.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı