Tanınmış müğənni Aybəniz Haşımova qızı Aynişan üçün çalışır. Buna görə də daha aparıcılıq etməyə də vaxtı yoxdur.
Təbii, övladı, özü də yeganə övladı üçün hansı ana çalışmaz. “Evrovision 2011”in milli seçimlərində iştirak edən Aynişanın ilk məsləhətçisi anasıdır.
“Mən onun ümumiyyətlə müğənni olmasının tərəfdarı deyildim, amma görəndə ki, böyük həvəsi və üstəlik istedadı var, mane ola bilməzdim. Bir ana kimi deyil, o sənətin nümayəndəsi kimi istedadın qarşısını almağa ixtiyarım yoxdur, heç almaq da olmur. O ki, qaldı seçimlərdə iştirakına, bir halda ki, artıq bu yolu seçib niyə də iştirak etməsin. Özü istədi, mən sadəcə ürək-dirək verirəm”.
Aybəniz xanım telekannallardan birində aparıcılıq etməsini niyə dayandırmasına da aydınlıq gətirdi. “O mənim verilişim deyildi, sadəcə bir mövsümlük müqaviləmiz vardı, o başa çatdı və bir də müqavilə bağlamadıq”.
Modern.az