Modern.az

Anar: “Alternativ ədəbiyyat yazarları içərisində Rafiq Tağını bəyənirəm”

Anar: “Alternativ ədəbiyyat yazarları içərisində Rafiq Tağını bəyənirəm”

Ölkə

26 Noyabr 2010, 11:34

“Mənə dedi ki, bunu nəinki çap eləmək, oxumaq da təhlükəlidi”

“Alternativ ədəbiyyat yazarları içərisində Rafiq Tağını bəyənirəm. O yaxşı yazıçıdır. Düzdür, hərdən sərhədləri keçir, amma yazışı kimi istedadlı yazıçıdır”.
Modern.az-ın məlumatına görə, bu sözləri Azərbaycan Yazıçılar Birliyinin sədri Anar  deyib.

Son zamanlar atası, tanınmış Azərbaycan şairi Rəsul Rza barədə gənc yazarların mövqeyini kəskin tənqid edən Anar vurğulayıb ki, ölkənin tanınmış ədəbiyyat imzaları Rəsul Rza məktəbindən keçdiklərini deyiblər.
“Vaqif Səmədoğlu, Fikrət Qoca, Əli Kərim, Ramiz Rövşən, Fikrət Sadıq, İsa İsmayılzadə. Böyük bir dəstə deyir ki, Rəsul Rza məktəbindən çıxmışıq... İndi sənin məndən xoşun gəlmir, narazısan deyir ki, Əli Kərim kimi yazmayıb... Əvvəla heç Əli Kərim kimi də yazmaq lazım deyil. Özün kimi yaz”.

Vaxtilə böyük rezonans doğurmuş “Yaxşı padşahın nağılı” hekayəsinin xeyli problemlər yaşatdığını deyən Anar bildirib ki, bu əsərlə bağlı “KQB”-yə xeyli donos yazılıb. “Mənə sonradan dedilər ki,  bu “donos”ları elə sənin həmkarıarın yazırdılar”-deyə Anar vurğulayıb.
“Hekayəni “Drujba Narodov” jurnalına göndərdim. Baş redaktorla münasibətlərim yaxşı idi. Hekayəni oxuyandan sonra mənə dedi ki, Anar bunu nəinki çap eləmək, oxumaq da təhlükəlidir. Sonra “Nedelya” jurnalına göndərdim. Ordan baş redaktor dedi ki, əla hekayədir amma bunu çap edə bilmərəm. Sonradan 80-ci illərin ikinci yarısında bu hekayəni rus dilində çap etdilər”.

Cəmiyyətin mənəvi problemləri ilə bağlı sualı cavablandıran Anar deyib ki, cəmiyyətin bəzi dairələrində əyri yollarla gedənlər, rüşvət, korrupsiya var.  “Bu bizə çox mane olur. Elə vaxt olacaq ki, cəmiyyətdə orta sinif əksəriyyət təşkil edəcək. O ölkədəki orta sinif, yəni normal dolanan insanlar çöxluq təşkil edir həmin ölkənin rifahı da zəngin olacaq. Bu yolla getsək, bu zənginlyi bərabər paylaşsaq insansların maaşları adaha da artsa, işsizlik tamam aradan götürülsə, rifahı yüksəlsə ölkəmizin ən xoşbəxt ölkələrdən ola bilər”-deyə yazıçı vurğulayıb.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı