Modern.az

Milli Məclisin komitə sədrləri də seçildi... və iclas başa çatdı

Milli Məclisin komitə sədrləri də seçildi... və iclas başa çatdı

Ölkə

29 Noyabr 2010, 15:01

Bu gün saat 12.00-da dördüncü çağırış Mili Məclisin ilk iclası başlayıb. Modern.az-ın məlumatına görə, təxminən 2 saat davam edən iclasa prezident İlham Əliyev də qatılıb. Ölkə başçısı parlamentdə çıxış edib.

Oclasda Milli Məclisin sədri, onun 1-ci müavini və 2 müavini seçilib. Daha sonra komitə sədrləri seçiliblər.

Qeyd etdiyimiz kimi, rəhbərlikdə dəyişiklik olmayıb. Oqtay Əsədov spiker, Ziyafət Əsgərov 1-ci müavin, Bahar Muradova və Valeh Ələsgərov isə müavinlər seçiliblər.

Modern.az xəbər verir ki, Eldar İbrahimov Aqrar siyasət, Əli Hüseynov Hüquq siyasəti və dövlət quruculuğu, Rəbiyyət Aslanova İnsan hüquqları, Səməd Seyidov Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr, Hadi Rəcəbli Sosial siyasət, Nizami Cəfərov Mədəniyyər məsələləri, Ziyad Səmadzadə İqtisadi siyasət, Ziyafət Əsgərov Təhlükəsizlik və müdafiə, Arif Rəhimzadə Regional məsələlər, Valeh Ələsgərov Energetika, ekologiya və təbii sərvətlər, Şəmsəddin Hacıyev Elm və təhsil komitəsinin sədri seçiliblər.
Beləliklə, komitə sədrləri də dəyişməyib.

Bununla da ilk iclasa yekun vurulub.


Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı