Modern.az

Bakıda 50 məktəb yoxlanılıb, reydlər başa çatıb

Bakıda 50 məktəb yoxlanılıb, reydlər başa çatıb

Ölkə

2 Dekabr 2010, 16:06

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin paytaxtdakı ümumtəhsil müəssisələrində keçirdiyi reydlər yekunlaşıb. Bu barədə Modern.az-a adı çəkilən idarədən məlumat verilib. Reydlər zamanı məktəbli formasına keçidin vəziyyəti, məktəbin tərtibatı, sənədləşmə, məktəb ətrafının təmizliyi, şagirdlərin, xüsusən də yuxarı sinif şagirdlərinin dərsə davamiyyəti kimi məsələlərə fikir verilib.
 
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı saytımıza bildirib ki, reydlər zamanı məktəbdaxili nəzarətin və tərbiyəvi işin təşkili, müəllimlərin dərsə hazırlıq vəziyyəti, o cümlədən iş proqramlarının və jurnalların doldurulması, gündəliklərin yazılması, müəyyən sinif otaqlarının, kabinetlərin tərtibatı kimi məsələlər də yoxlanılıb.

Zəminə Əliqızı deyib ki, aparılan reydlərin yekunu olaraq yaxın günlərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsi iclas keçirəcək. İclasda nöqsanlar aşkarlanan məktəblərin rəhbərləri barədə müəyyən təbirlər görüləcək.
Reydlər ümümilikdə 50 məktəbdə kecirilib.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı