“Toy mövsümü”nü bitirən “ulduzlar” “Maşın-şou”ya yığışacaqlar
Dekabrın 13-dən efirə çıxacaq “Maşın” realiti şousunun roliki artıq hazırdır. “Revanş” adlanacaq 11 –ci “Maşın-şou”da əvvəlki verilişlərdə iştirak edərək tamaşaçı diqqəti qazanmış, amma maşın sahibi olmayan tanınmış sənətçilər üz-üzə gələcək.
Onların içində Röya, Aygün Kazımova, Rəqsanə, Nigar Talıbova, Abbas, Kənan.MM, Nadir Qafarzadə, Rəşad Dağlı və digərləri var. Realiti şou dekbarın 13-dən “LiderTV”-də yayımlanacaq.
Qeyd edək ki, həmin dövrdə müsəlmanlar üçün ən ağır ay sayılan Məhhərəm ayı daxil olur. Bununla bağlı Azərbaycanda toy etmirlər. Odur ki, Murad Dadaşov bu qədər “toy ulduzu”nu bir yerə yığa bilib.