Modern.az

Bakı şəhər Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi dəyişdirildi

Bakı şəhər Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi dəyişdirildi

Ölkə

4 Dekabr 2010, 13:43

Vaqif Əsədov köhnə vəzifəsinə qaytarıldı

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis kapitanı Cəmşid Hənifəyev tutduğu vəzifədən azad edilib. Modern.az-ın məlumatına görə, sözügedən vəzifəyə daxili işlər nazirinin əmri ilə polis polkovnik-leytenantı Vaqif Əsədov təyin edilib. C.Hənifəyev isə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin yol patrulu alayında bölük komandiri təyin olunub.
Məlumatı Modern.az saytına açıqlamasında Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Kamran Əliyev də təsdiqləyib. Onun sözlərinə görə, V.Əsədov artıq bir neçə gündür yeni vəzifədə işə çıxır.
Qeyd edək ki, Vaqif Əsədov əvvəllər də Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsində çalışıb. Ötən ilin əvvəlində onu Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən çıxararaq Xətai rayon Yol Polisi İdarəsində təbliğat inspektoru vəzifəsinə təyin etmişdilər. V.Əsədov son günlərədək Xətai rayon Yol Polisi İdarəsində çalışırdı.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı