Modern.az

“Eurovision-2011”-in milli seçiminin daha bir finalçısı bəlli olub

“Eurovision-2011”-in milli seçiminin daha bir finalçısı bəlli olub

Ölkə

4 Dekabr 2010, 15:29

Gələn ilin mayında Almaniyanın Düsseldorf şəhərində baş tutacaq “Eurovision-2011” yarışmasında Azərbaycanı təmsil edəcək ifaçının müəyyənləşməsi üçün keçirilən seçimlərin yarımfinal mərhələsinin üçüncü həftəsinin qalibi 12 xalla Günay İbrahimli olub. O, dekabrın 3-də keçirilən yarımfinaldan final mərhələsinə vəsiqə qazanmış üçüncü iştirakçıdır. 
Üçüncü həftənin qalibi də ənənəvi olaraq 50 faiz münsiflər heyətinin, 50 faiz isə tamaşaçı səsverməsinə görə seçilib. Milli seçimlərin ikinci yarımfinal həftəsində 2-ci yerdə şotlandiyalı müğənni Nikola Barklay, 3-cü yerdə Xəyyam Nisanov, 4-cü yerdə Orxan Ağayev, 5-ci yerdə Kənan Qədimov, 6-cı yerdə Sevinc Ağaşirinova, 7-ci yerdə Rinat Alimov, 8-ci yerdə Dilşən İbadova, 9-cu yerdə Nigar Babayeva, 10-cu yerdə Fərid Məmmədov, 11-ci yerdə isə Nazir Ağayev qərarlaşıb.
Üçüncü həftənin son günü qonaq qismində elə bu günlərdə Vətənə dönən “Eurovision-2010” müsabiqəsində Azərbaycana beşincilik qazandıran Səfurə Əlizadə də iştirak edib.
Müsabiqə iştirakçısı səsvermənin nəticələri açıqlanmamışdan əvvəl tamaşaçılar qarşısında yeni lentə aldırdığı “Sarı gəlin” xalq mahnısını, eyni zamanda, Oslo səhnəsində ifa etdiyi “Drip drop” mahnısını ifa edib.
G.İbrahimli tamaşaçı və münsiflər heyətindən ən çox səs toplayaraq Azərbaycanı mötəbər “Eurovision” yarışmasında təmsil etməyə bir addım da yaxınlaşıb.

Əvvəlki iki həftənin qalibləri Çingiz Mustafayev və Nurlan Növrəsli olub. Qarşıda daha 4 yarımfinal mərhələsi dayanır.

Modern.az



Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı