Modern.az

Epidemiologiya Mərkəzi “duzlu xiyar” ovuna çıxıb

Epidemiologiya Mərkəzi “duzlu xiyar” ovuna çıxıb

Ölkə

7 Dekabr 2010, 10:14

Bazarlarda  mənşəyi bəlli olmayan turşu məhsulları satılır

Respublika Gigiyena  və Epidemiologiya Mərkəzi paytaxt bazarlarında satışa çıxarılan turşu məhsullarının yoxlanılması ilə bağlı reydlərə başlayıb.

Süfrələrə xüsusi yaraşıq verən bu məhsulların hazırlanmasında hər hansı kiçik bir nöqsan insan həyatına son qoya bilər. Qarşıdan turşu mövsümünün gəldiyini də nəzərə alsaq,  bu sahədə olan problemlərin ciddiliyi haqında düşünməyə dəyər. 

Respublika Gigiyena  və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov Modern.az saytına acıqlamasında bildirib ki, reydlər zamanı ciddi nöqsanlar aşkarlanıb. “Azərbaycan bazarlarında  satışa çıxarılan turşu məhsullarının hazırlanması texniki baxımdan  standartlara cavab vermir. Satışa çıxarılan məhsulların mənşəyi məlum deyil, evdə kustar üsulla istehsal olunur, hər hansı bir  sənədləri də yoxdur”.

Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı