2010-cu il 21 və 29 oktyabr tarixlərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən 91 dövlət orqanı üzrə müsabiqəyə çıxarılmış 815 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün sənəd qəbulu müvafiq olaraq 19 və 29 noyabr tarixlərdə başa çatmışdı. Bu müddət ərzində Komissiyada 3020 namizəd qeydə alınmışdı. Onlardan 718-i (23,77%) qadın, 2312-si (76,23%) isə kişidir.
Müsabiqəyə çıxarılmış vakant vəzifələrdən 168-i inzibati vəzifələrin altıncı təsnifatına, 27-si inzibati vəzifələrin yeddinci təsnifatına, 23-ü inzibati vəzifələrin səkkizinci təsnifatına, 597-si isə inzibati vəzifələrin doqquzuncu təsnifatına aid olub. Qeydə alınan namizədlərdən 1689-u inzibati vəzifələrin altıncı, 311-i inzibati vəzifələrin yeddinci, 9-u inzibati vəzifələrin səkkizinci, 1011-i isə inzibati vəzifələrin doqquzuncu təsnifatına aid olan vəzifələrə iddia edir.
Statistik göstəricilərə görə ən çox namizəd Ekologiya və Təbii Sərvətlər Nazirliyi (50 yerə qarşı 481 namizəd), İqtisadi İnkişaf Nazirliyi (28 yerə qarşı 412 namizəd) və Dövlət Sosial Müdafiə Fondu (210 yerə qarşı 408 namizəd) üzrə qeydə alın;b. Bu üç dövlət orqanı üzrə qeydə alınmış namizədlərin xüsusi çəkisi bütün namizədlərin 43.08%-ni təşkil edir.
Müsabiqə vəziyyətinə, yəni bir vakant yerə iddia edən namizədlərin sayına görə ilk yerləri Diaspor ilə İş üzrə Dövlət Komitəsi (1 yerə qarşı 44 namizəd), Maliyyə Nazirliyinin Dövlət Borcunun İdarə Edilməsi Agentliyi (1 yerə qarşı 24 namizəd) və Müəllif Hüquqları Agentliyi (1 yerə qarşı 18 namizəd) tutur.
Müsabiqədə üç vakant vəzifə ilə iştirak edən Cəlilabad Rayon Məhkəməsi, Neftçala Rayon Məhkəməsi, iki vakant vəzifə ilə iştirak edən Tərtər Hərbi Məhkəməsi, Ağdaş Rayon Məhkəməsi, Daşkəsən Rayon Məhkəməsi, Goranboy Rayon Məhkəməsi, Qəbələ Rayon Məhkəməsi və bir vakant vəzifə ilə iştirak edən Ağsu Rayon Məhkəməsi, Cəbrayıl Rayon Məhkəməsi, Kəlbəcər Rayon Məhkəməsi, Qax Rayon Məhkəməsi, Qobustan Rayon Məhkəməsi, Saatlı Rayon Məhkəməsi, Samux Rayon Məhkəməsi, Xocalı Rayon Məhkəməsi, Xocavənd Rayon Məhkəməsi, Yardımlı Rayon Məhkəməsi və Zərdab Rayon Məhkəməsi üzrə heç bir namizəd qeydə alınmayıb.
Müsabiqənin test imtahanı mərhələsi 2010-cu il 10 dekabr tarixdən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada (Koroğlu Rəhimov küçəsi, 874-cü məhəllə) və Bakı Avrasiya Universitetinin tədris korpusunda (Ak. Həsən Əliyev küçəsi, 135 a, 5-ci mərtəbə, test imtahanı zalı) keçiriləcəkdir. Test imtahanının keçirilmə qrafiki Komissiyanın rəsmi internet saytında (www.dqmk.gov.az ) yerləşdirilib.
Müsabiqənin test imtahanı zamanı namizədlərin aşağıda qeyd olunan sahələr üzrə bilikləri yoxlanılacaq:
Dünyagörüşü-dünyanın, əsasən də Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti, müasir beynəlxalq münasibətləri sahəsində; Qanunvericilik sahəsində;
İnformasiya texnologiyaları sahəsində;
Məntiqi düşünmə qabiliyyəti sahəsində.
İmtahana hazırlaşmaq üçün ətraflı məlumat və Komissiyanın test tapşırıqlarının hazırlanması üçün tərtib etdiyi ümumiləşdirilmiş proqramlar və metodiki vəsait Komissiyanın rəsmi internet saytında yerləşdirilib.
Test imtahanı başa çatan kimi onun nəticəsi namizədə təqdim ediləcək.
Modern.az