İctimai Teleradio "Eurovision 2011" Mahnı Müsabiqəsinin Azərbaycandan olan iştirakçısını müəyyənləşdirmək üçün Milli Seçim turlarını keçirtməyə davam edir. Artıq 5 finalçının adı məlumdur. Bunlar Çingiz Mustafayev, Nurlan Növrəsli, Günay İbrahimli, Nikola Barkley və Arzum Xəlilovadır.
Modern.az-ın məlumatına görə, dekabrın 13-də saat 21.00-dan etibarən mübarizəyə 11 iştirakçıdan ibarət yeni qrup qatılacaq. "Eurovision 2011" Milli Seçim turlarının növbəti həftəsində yarışacaq iştirakçılarının siyahısı belədir:
“Empathy” qrupu – sms nömrəsi 501
Elmar Əsgərov - sms nömrəsi 502
Altun Zeynalov - sms nömrəsi 503
Emin Nəsirli - sms nömrəsi 504
Canana Zeynalova - sms nömrəsi 505
Rövşən Civişov - sms nömrəsi 506
Cəmilə Həşimova - sms nömrəsi 507
Aynişan Quliyeva - sms nömrəsi 508
Gülnar Nəbi-Çingiz - sms nömrəsi 509
Dinara Cəfərova - sms nömrəsi 510
Orxan İsrafilov - sms nömrəsi 511
Modern.az