Modern.az

Məşhur fransız aktyoru Bakıya gəlib

Məşhur fransız aktyoru Bakıya gəlib

Ölkə

13 Dekabr 2010, 11:47

Məşhur fransız aktyoru Jerar Depardye Bakıda keçirilən IV Beynəlxalq Rastropoviç Festivalında iştirak etmək üçün paytaxtımıza gəlib. Jerar Depardye bu gün Azərbaycan Dövlət Opera və Balet Teatrında çıxış edəcək. Aktyor festivalın açılışında nümayiş ediləcək "Karmen" operası öncəsi novellanın seçilmiş hissələrindən monoloq ifa edəcək.

Jerar Depardyenin mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə görüş zamanı onun Azərbaycanda filmə çəkiləcəyi məlum olub. Aktyor filmdə fransız yazıçı Aleksandr Dümanın obrazını canlandıracaq. Nazir Əbülfəs Qarayev Jerar Depardyeyə Aleksandr Dümanın xan qızı, şairə Xurşudbanu Natəvanla dost olduqları barədə məlumat verib. Jerar Depardye isə bu filmdə tərəf müqabili Xurşudbanu Natəvan obrazını fransalı aktrisanın deyil, azərbaycanlı aktrisanın canlandırmasının daha məqsədəuyğun olduğunu deyib.

Əbülfəs Qarayev qeyd edib ki, Aleksandr Dümanın Azərbaycana səfərinin əks olunacağı filmin 2-3 il müddətinə çəkilməsi nəzərdə tutulur. Bu müddət ərzində Azərbaycanda müxtəlif ssenarilər hazırlanacaq və Jerar Depardyeyə göndəriləcək. Aktyor isə öz növbəsində bu ssenarilərdən birini seçəcək və rəhbərlik etdiyi kino şirkəti ilə birgə Azərbaycanda bu filmin çəkilişini həyata keçirəcək.

Qeyd edək ki, dekabrın 12-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında IV Beynəlxalq Mstislav Rostropoviç Festivalının təntənəli açılış mərasimi keçirilib.
Tədbirdə dövlət və hökümət nümayəndələri, Milli Məclisin deputatları, tanınmış mədəniyyət xadimləri və musiqisevərlər iştirak ediblər. 
Heydər Əliyev Fondunun, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin. Mstislav Rostropoviç Fondunun birgə təşkil etdiyi festivalın əsas məqsədi M.Rostropoviçin vətənində dünyanın tanınmış incəsənət ustalarının çıxışlarını təşkil etməkdir.
Yeddi gün davam edəcək festivalda Rusiya, İsrail, Böyük Britaniya, Almaniyadan dünya şöhrətli musiqiçilər və kollektivlər - Yuri Başmet və “Moskva solistləri” kamera ansamblı, Zubin Meta və İsrail Filarmonik Orkestri, Qalina Vişnevskayanın opera mərkəzi, Maksim Vengerov, Eliso Virsaladze, Natalya Qutman, Pinkas Sukerman, Rudolf Buxbinder və başqaları iştirak edəcəklər. 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı