Modern.az

Bakı Şəhəri üzrə Təhsil İdarəsi məktəblərə xəbərdarlıq etdi

Bakı Şəhəri üzrə Təhsil İdarəsi məktəblərə xəbərdarlıq etdi

Ölkə

13 Dekabr 2010, 14:37


Qarşıdan Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı gəlir. Bəzi məlumatlara görə, artıq indidən bir sıra  ümumtəhsil məktəblərində və məktəbəqədər tərbiyə müəsisələrində yaxınlaşmaqda olan bayrama özlərinəməxsus qaydada tədarük görürlür. Söhbət şagirdlərdən yığılmaqda olan qanunsuz ödənişdən gedir. Modern.az-a bununla bağlı valideynlərdən məlumatlar daxil olub. Məlumatlara görə, xüsuslə paytaxt məktəblərində bu işə sürətli start verilib. Qanunsuz ödənişlər məktəblərin yerləşdiyi ərazidən asılı olaraq 10-20 manat arasında dəyişir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı bizimlə söhbətdə bildirib ki, valideynlər sözügedən məsələylə əlaqədar mətbuata deyil, onlara müraciət etsə, daha yaxşı olar.

Z.Əliqızı deyib ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyevanın imzaladığı əmrə müvafiq olaraq 2008-ci ildən etibarən məktəblərdə hər hansı bir şənlik keçirmək, yemək-içmək məclisi qurmaq qadağan olunub.

”Bu qadağanın üstündən kimsə aşa bilməz. Əgər kimsə, hansısa   məktəbdə Yeni il şənliyi keçirməyi düşünürsə, orada ədəbi-bədii bir tədbir qurursa, bunun üçün pul tələb olunmur, uşaqlar gəlib şeir deyə, öz qabiliyyətlərini nümayiş etdirəı bilərlrə. Ümumilikdə təhsil ocaqlarında yemək-içmək məclisinin açılması istər Yeni ildə, istərsə də Novruz bayramında, kiminsə ad günündə qəti qadağandır”.
 
Z.Əliqızının sözlərinə görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi tərəfindən 2008-ci ildə müvafiq əmr imzalanandan sonra indiyədək qanunsuz ödənişlərlə bağlı şikayət daxil olmayıb.

“Amma əmr imzalanana qədər belə  müraciətlər var idi. 2008-ci ilə qədər müraciət edənlər olurdu, məktəblərdə Yeni il şənliyi keçirmək üçün pul yığıb şirniyyat stolu açırdılar. İki il öncə biz Bakı Şəhəri Üzrə Təhsil İdarəsi olaraq bütün ümumtəhsil məktəblərinin rəhbərlərinə tapşırıq vermişik. Bu gün bizim idarə üçün də maraqlıdı ki, əgər hansısa bir məktəbdə əmrdənkənar addımlar atılırsa, müvafiq ölçü götürüləcək və həmin məktəbin direktoru haqqında ən ciddi tədbir görüləcək”.

Z.Əliqızı Modern.az vasitəsi ilə Bakının təhsil ictimayətinə üz tutaraq bildirib ki, məktəblərdə Yeni ilin qeyd olunması qadağan olunub. “Bir daha deyirəm ki, şagirdlərdən hər hansı bir ad altında pul yığmaq qəti şəkildə qadağandır”.
Z.Əliqızının sözlərinə görə, əgər belə bir halla kimsə qarşılaşıbsa, Bakı Şəhəri üzrə Təhsil İdarəsində fəaliyyət göstərən “qaynar xətt”ə (441-06-99) xəbər verməlidir.  “Biz daxil olan hər bir müraciətə diqqətlə yanaşırıq”-deyə idarə rəsmisi bildirib.

Mail Ağaxanov     

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı