İlqar Məmmədovun özlərinə görə, QHT-lərin qeydiyyatında heç bir problem yoxdur
“QHT-lərin dövlət qeydiyyatına alınmaması barədə səsləndirilən fikirlərin heç bir əsası yoxdur”. Bunu deyən Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin rəisi İlqar Məmmədovun sözlərinə görə, bəzi Qeyri-Hökumət Təşkilatları qeydiyyat sənədlərini düzgün hazırlamırlar: "Sənədlər hazırlanarkən qanunvericiliyin tələblərinə riayət etmirlər. Bunun nəticəsidir ki, bəzən onlara irad bildirəndə, onlar bunu qeydiyatdan imtina kimi başa düşürlər. Əslində bu gün Azərbaycanda qeydiyyatla bağlı heç bir problem yoxdur. Azərbaycanda QHT-lərin formalaşdırılması və təşkilatlanmasında məhz QHT-lərin özlərində problem var".
İ. Məmmədov bildirib ki, Azərbaycanda bəzilərinin QHT yaratmaqda məqsədi qrant almaqdır: “QHT yaradılır, qrant alınır, xərclədikdən sonra QHT-ni bağlayır”-deyə o vurğulayıb. İ. Məmmədov deyib ki, bir sıra QHT-lər var ki, onlar barədə məlumat almaq ümumiyyətlə mümkün deyil.
İdarə rəisi bildirib ki, dövlət tərəfindən QHT-lərə 22,5 milyon manat qrant ayrılıb.
Modern.az