Modern.az

Bu gün Azərbaycanda Aşura qeyd olunur

Bu gün Azərbaycanda Aşura qeyd olunur

Ölkə

16 Dekabr 2010, 13:11

16 dekabr Hicri-Qəməri təqvimi ilə Məhərrəm ayının 10-cu günü - Aşuradır. 1368 il öncə Məhərrəm ayının 10-cu günündə Məhəmməd Peyğəmbərin (s) nəvəsi, İmam Əlinin (ə) oğlu İmam Hüseyn (ə) 71 tərəfdarı ilə birlikdə İraqın Kərbəla çölündə şəhid olub. Onlar, Yezid ibn Müaviyyənin ordusu tərəfindən qətlə yetirilib.

Dünya müsəlmanları o vaxtdan Məhərrəm ayını matəm ayı kimi qeyd edirlər. Azərbaycanda da qətlə yetirilən peyğəmbər övladları və digər müsəlmanlar yad edilir.

Bu gün insanlar məscidlərə gedib, nəzir verir və ehsan paylayır. Bundan başqa, artıq bir neçə ildir ki, Qafqaz Müsəlmanları İdarəsi Aşura günü ilə bağlı vətəndaşları dini matəmi sakit şəkildə, qan çıxarmamaqla, özlərinə xəsarət vermədən keçirməyə, müqəddəs yerlərdə nizam-intizamı gözləməyə çağırır.
Qafqaz Müsəlmanları İdarəsinin və Səhiyyə Nazirliyinin təşəbüssü ilə ənənəvi qanvermə aksiyasları keçirilir.
Səhiyyə Nazirliyindən bildirilib ki, dekabrın 14-də ölkə ərazisində qanvermə aksiyaları qana ehtiyacı olan xəstələrə yardım məqsədi ilə təşkil olunub.
Bakı şəhərində «Mir-Mövsüm ağa», «Təzə pir», “Bibi-Heybət” «Qaraçuxur»,«Cümə», “Hacı Soltanəli” məscidlərində, ET Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankında həmçinin Sumqayıt məscidi, Gəncə İmamzadə məscidi, Lənkəran məscidi, Şirvan məscidi, Mingəçevir məscidi, Şəki məscidi, Bərdə məscidi, Quba məscidində könülü qanvermə aksiyaları keçirilir.

Belə aksiyaların birində Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam hacı Allahşükür Paşazadə də qan verib. İdarədə keçirilən qanvermə aksiyasında şeyx ilə bərabər idarənin əməkdaşları da iştirak ediblər.
Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaqdır.
Aşura günü ilə ədaqədar bu gün Bakıda polis qüvvələri gücləndirilmiş iş rejimində işləyir.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı