İctimai maraq kəsb edən şəxslərin geyim məsələləri daim insanların diqqətində olur. Bir çox hallarda isə insanlar geyim məsələlərində onlara oxşamaq istəyirlər. Bizim deputatların geyimi ilə bağlı tanınmış stilist Anar Ağakişiyev Modern.az-a danışıb.
Anar Ağakişiyev bildirib ki, Azərbaycanda xanım siyasətçilər arasında ən zövqlü və dəblə geyinən ölkənin birinci xanımı, millət vəkili Mehriban Əliyevadır.
Tanınmış stilist deputatların geyim üslublarını şərh edərək bildirib ki, millət vəkilləri Bahar Muradova, Qənirə Paşayeva, Zeynəb Xanlarova, Rəbiyyət Aslanova və eləcə də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova hər zaman zövqlə geyinirlər.
Anar Ağakişiyevin fikrincə, həmin xanımları digərlərindən fərqləndirən əsas cəhət sadə və zövqlü geyinmələridir. Sadə geyinən xanımların hər zaman zirvədə olduğunu bildirən stilistin sözlərinə görə, bir çox millət vəkilləri kodekslə geyinirlər.
Anar Rüstəmov