Modern.az

Əsl şəxsiyyətin 80 yaşı qeyd olunacaq

Əsl şəxsiyyətin 80 yaşı qeyd olunacaq

Ölkə

20 Dekabr 2010, 12:01

Dekabrın 22-də, saat 12-də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə M.F.Axundov adına Milli Kitabxananın konfrans zalında Xalq yazıçısı Sabir Əhmədlinin anadan olmasının 80 illiyinin tamam olması münasibəti ilə yubiley tədbiri keçiriləcək.
Tanınmış ədəbiyyat və mədəniyyət xadimləri, ziyalılar, mətbuat nümayəndələri və yazıçının qohumları iştirak edəcəklər. Azərbaycan ədəbiyyatının inkişafında böyük xidmətləri olan S.Əhmədlinin yaradıcılığı təhlil olunacaq, xatirəsi yad ediləcək.

Qeyd edək ki, Sabir Əhmədli 1930-cu ildə Cəbrayıl rayonunda anadan olub. Azərbaycan Dövlət Universitetinin (indiki BDU) filologiya fakültəsini bitirib.
“Ədəbiyyat və incəsənət” qəzeti redaksiyasında ədəbi işçi, nəsr şöbəsinin müdiri (1956-1993), baş redaktor (1993-1996) işləyib.
1955-ci ildən AYB-nın üzvü olan yazıçı “Aran”, “Dünyanın arşını”, “Yaşıl teatr”, “Toğana”, “Yasamal gölündə qayıqlar üzür”, “Yamacda nişanə”, “Qanköçürmə stansiyası”, “Azığa doğru”, “Gedənlərin qayıtmağı”, “Yasaq edilmiş oyun”, “Gülmalı kişinin axırı”, “Mavi günbəz”, “Kütlə”, “Axirət sevdası”, “Kef”, “Ömür urası”, “Şəhid ruhu” kimi əsərlərin müəllifidir.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı