“Elçibəy-Rəsulzadə ideologiyasını ayrı-ayrı adamların malına çevirmək cəhdi düz addım deyil”. Bu sözləri Modern.az-a açıqlamasında Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Müsavat başqanı İsa Qəmbərin bu yöndə çıxışlarına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, AXCP-Müsavatın birləşmə prosesi hər iki partiya üçün bir indeks oldu. “Bu prosesin gedişatı göstərdi ki, cəmiyyət bu birləşməni təqdir etmədi. Odur ki, Elçibəy-Rəsulzadə ideologiyasına belə yanaşılmasının əleyhinəyəm”.
Elçibəy-Rəsulzadənin ideoloji tezislərinin hamı üçün - istər, YAP-çı, istərsə də digərləri üçün önəmli olduğunu deyən ADP sədri vurğulayıb ki, siyasi qüvvələri bu “çətir” altına yığaraq ayrı-seçkilik salmaq pərakəndəlik salmaqdan başqa bir şey deyil.
“Əgər müxalifət düşərgəsində effektli əməkdaşlıq mərkəzi istəyirdilərsə, o zaman Qarabağ və Respublika Uğrunda Hərəkatı bərpa edilməli idi”-deyə ADP sədri bildirib.
Modern.az