Modern.az

"Lvovda 60 ölkənin təcridxanalarındaki vəziyyət müzakirə olunacaq"

"Lvovda 60 ölkənin təcridxanalarındaki vəziyyət müzakirə olunacaq"

Ölkə

23 Oktyabr 2009, 14:43

Oktyabrın 25-dən 29-dək Ukraynanın Lvov şəhərində dünyanın 60 ölkəsində məhbusların saxlanma yerlərinin vəziyyətinin  müzakirəsi üçün beynəlxalq konfrans keçiriləcək.

Məlumatı Modern.az saytına İgəncələr Əleyhinə Komitənin sədri Elçin Behbudov verib. Onun sözlərinə görə, ATƏT-in təşkilatçılığı ılə düzənlənəcək tədbirdə dünyanın 60 ölkəsindən 60 mütəxəssis iştirak edəcək: “Mütəxəssislər əsasən təmsil olunduqları ölkədə dustaqların saxlanma yerlərindəki vəziyyətlə bağlı məruzə edəcəklər. Azərbaycanı həmin tədbirdə mən təmsil edəcəm". E.Behbudov onu da bildirib ki, Lvov tədbirində ona işgəncələr əleyhinə beynəlxalq dərəcəli ekspert statusu veriləcəyi gözlənilir.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?