Modern.az

Tanınmış şəxslər 2010-cu ilin yaddaqalan simasının adını çəkdilər

Tanınmış şəxslər 2010-cu ilin yaddaqalan simasının adını çəkdilər

Ölkə

22 Dekabr 2010, 16:30

Modern.az saytı “2010-cu ilin yaddaqalan siması kimi hesab edirsiz” sualı ilə siyasətçi, jurnalist, iqtisadçı ekspert, hüquqşünas və yazıçıya müraciət eədək cavab istəyib. Cavabları təqdim edirik.

“İlin yaddaqalan siması atamdır...”

Sualımıza cavab verən Azərbaycan Xalq Partiyasının lideri, sabiq deputat Pənah Hüseyn maraqlı cavabı diqqət çəkib. O, 2010-cu ilin siması kimi atasının adını qeyd edib. Eks-millət vəkilinin fikrincə atası bu il dünyasını dəyişdiyindən onun üçün ilin siması məhz atasıdır.

Mən Azərbaycanda dominant sima xatırlamıram

“Mediaforum” saytının baş redaktoru Azər Qaraçənli sualımıza belə cavab verib: “Mən bu suala konkret ad çəkməklə cavab verə bilməyəcəm. Azərbaycanda elə bir sima hazırda gözümün önünə gəlmir ki, mən onu 2010-cu ilin yaddaqalan siması kimi sizə təqdim edim. Hələki belə dominant sima xatırlamıram. Anna dünyada deyə bilərəm ki, belə insanlar çoxdur”.
A.Qaraçənli onu da qeyd edib ki, Azərbaycanda 2010-cu ilin ən yaddaqalan hadisəsi hicabla bağlı keçirilən aksiyalar oldu. O, bildirib ki, bu yaxınlarda ölkənin bir sıra yerlərində, xüsusən də, Təhsil Nazirliyinin qarşısında keçirilən aksiya ilin hadisəsi sayıla bilər.
“Çünki, dini zəmində baş verən hadisələr Azərbaycanda əsas fikirləri məşğul etdi. İnsanlar buna etiraz olaraq aksiyalar keçirdlər. Əslində bu hadisələrin arxasında dayanan sima var. O isə bizə məlum deyil”.

“Onlar ya yadda qalmırlar, ya da biz yadda saxlaya bilmirik”

Yazıçı Seyran Səxavət isə bildirib ki, Azərbaycanda  elə bir sima yoxdur yadda qalsın: “Ya onlar yadda qala bilmirlər, ya da biz yadda saxlaya bilmirik. Dünyada isə ən yaddaqalan hadisə “Weakliks”saytının yaratdığı siyasi qalmaqaldır. Ən unudulmaz sima mənim fikrimcə saytın rəhbəri Culian Assanjdır”.

“2010-cu ilin yaddaqalan siması prezident İlham Əliyevdir”

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçı ekspert Vüqar Bayramov isə hesab edir ki, 2010-cu il əvvəlki illərdən xeyli fərqlənmədi: “Onun üçün deyə bilərəm ki, cari ilin yaddaqalan şəxsiyyətləri sırasında ölkə prezidentinin adını çəkmək istərdim. Regionda baş verən hadisələr baxımından ölkə başçısının fəaliyyəti yadda qaldı. Eyni zamanda, nəzərə alsaq ki, bu il parlament seçkiləri keçirildi. Bu baxımdan parlamentə yeni seçilmiş bir neçə şəxslər mənim yadımda qalıb. O cümlədən Rasim Musabəyovu yeni seçilmiş deputat kimi qeyd edə bilərəm. Bütövlükdə bir sıra mühüm hadisələr baş verdi. Həm siyasətdə, həm iqtisadiyyatda”.

“İlin siması Milli Qəhrəman  Mübariz İbrahimovdur

Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyninin fikrincə, 2010-cu ilin yaddaqalan siması Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovdur. O, bildirib ki, Mübariz İbarahimovun göstərdiyi şücaət nəinki 2010-cu ilin, hətta son illərin ən yaddaqalan hadisələrindən biridir. Daha sonra R.Zeyni onu da vurğulayıb ki, ölkə prezidenti İlham Əliyev də cari ilin ən uğurlu simalarındandır.  
”Hesab edirəm ki, cənab prezident Azərbaycanın maraqlarını dünya səviyyəsində uğurla təmsil edir. Dünyada yaşayan Azərbaycanlılardan isə mənim fikrimcə ilin siması “Palmali” Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimovdur”.

Anar Rüstəmov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı