Modern.az

Əli Həsənov: “Məcburi köçkünlərin məskunlaşdığı 16 mənzil sahibinə qaytarılıb”

Əli Həsənov: “Məcburi köçkünlərin məskunlaşdığı 16 mənzil sahibinə qaytarılıb”

Ölkə

23 Dekabr 2010, 17:43

“1990-cı illərin əvvəllərində Ermənistan hərbi birləşmələri tərəfindən işğal edilən Azərbaycan ərazilərindən məcburi qaydada köçə məruz qalan azərbaycanlıların paytaxtda, o cümlədən digər şəhərlərdə məskunlaşdığı 16 mənzil sahibinə qaytarılıb və bu proses davam edəcək”.
Bu sözləri jurnalistlərə açıqlamasında Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib.
Komitə sədri bildirib ki, bu məsələ dövlətin nəzarətindədir. Hesab edirik ki, məcburi köçkünləri başqa yaşayış yerləri ilə təmin edəcəyik və mənzilləri sahiblərinə qaytaracağıq.
Ə.Həsənov deyib ki, Sumqayıt, Gəncə və digər şəhərlərdə 6 minə qədər məcburi köçkün ailəsi məskunlaşıb:
“İşğal zaman məcburi köçkünlər sahibsiz evlərdə yerləşiblər. Mən bunu mənzillərin zəbt olunması adlandıra bilmərəm. Çünki o zamankı hakimiyyət zəhmət çəkib köçkünlərin məskunlaşması prosesini idarə etməli idi. Ona görə də insanlar məcburiyyət qarşısında qalaraq, bacardıqları kimi məskunlaşıblar”.
Ə. Həsənov qeyd edib ki, bu məsələ hazırda çox aktuallaşıb və problemin həlli istiqamətində dövlət zəruri addımlarını atmaqdadır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı