Modern.az

İlham Əliyev ordumuzun Şuşaya haradan daxil olduğunu AÇIQLADI

İlham Əliyev ordumuzun Şuşaya haradan daxil olduğunu AÇIQLADI

Qarabağ

17 Mart 2021, 00:31

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva martın 16-da Şuşa şəhərinə səfərindən sonra Daşaltı kəndində olublar.

 

Modern.az xəbər verir ki, Prezident İlham Əliyev deyib:

 

“Burada Daşaltı kəndidir. Daşaltı kəndi ilə tanış olacayıq. Məhz bizim Müzəffər Ordumuz Daşaltı kəndindən qalxaraq, sıldırım qayaları qəth edərək Şuşaya daxil olublar. Azərbaycanın gözəl təbiəti göz önündədir. Qarabağ torpağıdır. Bundan sonra azərbaycanlılar burada əbədi yaşayacaq”.

 

Qeyd edək ki, dövlət başçısının videogörüntüsünü Birinci vitse-prezident Mehriban Əliyeva özünün instaqram səhifəsində paylaşıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! Moskvada gərgin anlar - Fövqəladə vəziyyət elan edildi