Modern.az

Tacikistanın Azərbaycandakı səfiri vəfat edib

Tacikistanın Azərbaycandakı səfiri vəfat edib

Təhsil

3 Sentyabr 2012, 11:02

Tacikistanın Azərbaycandakı səfiri Zokir Vazirov uzun sürən xəstəlikdən sonra 64 yaşında vəfat edib. Modern.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bu barədə Tacikistanın “Avesta” agentliyi məlumat yayıb.

Qeyd edək ki, Z. Vazirov insult keçirmişdi və Bakıdakı Mərkəzi Klinik Xəstəxanada müalicə olunurdu. Onun cənazəsi tezliklə Düşənbəyə göndəriləcək.

 Z. Vazirov 1948-ci ildə anadan olub. 2005-2007-ci illərdə əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsində çalışıb. 2008-ci ildə Azərbaycana səfir göndərilib.

Modern.az

  

Sizə yeni x var
Keçid et
Pezeşkianla Paşinyan yan-yana - İrəvanda Azərbaycan rəqsi oynadılar