Modern.az

Azərbaycanda “İstiqlalçı Deputatların Məclisi” yaradılır

Azərbaycanda “İstiqlalçı Deputatların Məclisi” yaradılır

Təhsil

26 Sentyabr 2012, 15:51

Sentyabrın 28-də  “İstiqlalçı Deputatların Məclisi” adlı qurumun təsis yığıncağı keçiriləcək.
Bu barədə Modern.az saytına Klassik Xalq Cəbhəsi Partiyasından məlumat verilib.

Qeyd edək ki, 1991-ci il avqustun 30-da keçmiş Ali Sovet dövlət müstəqilliyinin bərpası haqqında Bəyannamə qəbul edib. Oktyabrın 8-də Ali Sovetinin işə başlayan növbədənkənar sessiyası bir neçə gün müzakirələr aparıb. Nəhayət 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd - Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilib.
Həmin vaxt aktın lehinə Ali Sovetin bütün deputatları səs verməyib.  43 deputat sənədi dəstəkləyib. Onlar tarixə "İstiqlalçı deputatlar” adı ilə düşüblər. 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı