Modern.az

Fəzail Ağamalı: “Neftçalada memarın “Jeep”i nasazlıqdan yanıb” - AÇIQLAMA

Fəzail Ağamalı: “Neftçalada memarın “Jeep”i nasazlıqdan yanıb” - AÇIQLAMA

Təhsil

29 Yanvar 2013, 18:09

İsmayıllı rayonundan sonra Nefçala sakinləri də məmur maşını yandırıblar.  Özbaşınalıqdan boğaza yığılmış sahibkarlar rayonun baş memarının bahalı “Toyota Prado” avtomobilinə od vurublar. Deyilənlərə görə, isə rayonun icra başçısının evi də müxtəlif üsullarla qorunur. Hətta rayonda polis də gücləndirilmiş rejimə keçib.

Modern.az məsələyə aydınlıq gətirməyə çalışıb. Nefçaladan seçilmiş millət vəkili Fəzail Ağamalı isə bütün deyilənləri və mətbuatda yazılanları əsassız adlandırır.

Onun sözlərinə görə, rayonda tam sabitlik hökum sürür və qəzetlərin yazdığı kimi,  heç bir vətəndaş qarşıdurması yoxdur. Millət vəkilinin dediyinə görə, Neftçala rayon İcra Hakimiyyətinin memarının maşını nasazlıq səbəbindən yanıb:
“Məsələ ilə maraqlandım. İcra başçısı ilə də danışdım, digər kanallarla da vəziyyəti öyrəndim. Qəzetlərdə yazıldığı kimi, vətəndaş qarşıdurması yoxdur. İcra başçısının verdiyi məlumata görə, Neftçala rayonu İcra Hakimiyyətinin memarının maşını nasazlıq səbəbindən yanıb. Rayonda vəziyyət sabitdir, icra başçısnın evi hər hansı polis işçiləri tərəfindən qorunmur. Digər kanallardan da öyrəndiyimə görə, Nefçalada vəziyyət sabitdir. Rayon həmişə olduğu kimi, normal həyatını yaşayır”.

Gültəkin Ələsgər
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı