REAL hərəkatının rəhbəri İlqar Məmmədov Baş Prokurorluğun Ağır Cinayətlər üzrə İstintaq İdarəsində ifadə verir. Modern.az bildirir ki, bu barədə REAL İdarə Heyətinin üzvü Zöhrab İsmayıl məlumat yayıb. Onun sözlərinə görə, artıq bir saatdan çoxdur ki dindirmə davam edir.
Qeyd edək ki, İ. Məmmədov İsmayıllı rayonunda baş vermiş hadisələrlə bağlı qaldırlımış cinayət işinə görə Baş Prokurorluğa çağrılıb. Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin bu gün yaydığı rəsmi açıqlamada Real Hərəkatının həmsədri İlqar Məmmədovun yanvarın 24-də İsmayıllıya gedərək, rayon sakinləri arasında polisə müqavimət göstərmək, heç kimə tabe olmamaq, nəqliyyat vasitələrinin yolunu bağlamaq kimi ictimai-siyasi sabitliyin pozulmasına yönələn çağırışlar ediyi bildirilib.