Modern.az

Müxalifətçi gənc yenidən həbs edildi

Müxalifətçi gənc yenidən həbs edildi

Təhsil

17 May 2013, 16:56


Azad Gənclik Təşkilatının üzvü İlkin Rüstəmzadə yenidən həbs edildi. Modern.az-ın məlumatına görə, xuliqanlıqda təqsirləndirilən gənc fəal Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsində dindirildikdən sonra mühakimə olunması üçün Nəsimi rayon Məhkəməsinə göndərilib.

İ.Rüstəmzadənin barəsində Nəsimi rayon məhkəməsinin qərarı ilə 2 aylıq həbs-qətimkan tədbiri seçilib.

Müxalifətçi gənc Cinayət Məcəlləsinin xuliqanlıq əməlini nəzərdə tutan 221.1.2 və 221.2.2 maddələri ilə təqsirli bilinib.

Fəalın Youtube-da yerləşdirilən «Harlem Shake» videosuna görə həbs edildiyi bildirilir.

Anar

Sizə yeni x var
Keçid et
YAP-dan Ərdoğanın partiyasına sərt etiraz - Bunu dayandırın!