Modern.az

DİM imtahan qiymətlərini artıracaq? - Məleykə Abbaszadədən AÇIQLAMA

DİM imtahan qiymətlərini artıracaq? - Məleykə Abbaszadədən AÇIQLAMA

Təhsil

21 Oktyabr 2023, 10:45

Tələbə və dövlət qulluğuna qəbulla bağlı xidmətlərin ödənişi Tarif Şurası tərəfindən təsdiqlənir. Dövlət İmtahan Mərkəzi (DİM) buna uyğun olaraq öz fəaliyyətini qurur. DİM publik hüquqi şəxsdir. İmtahanların növləri dəyişəndə, hansısa yeniliklər olanda imtahanlara xərclənən vəsait hesablanır. Bir imtahan verənə nə qədər pul xərclənirsə, müəyyənləşdirilib müvafiq rəsmi quruma məlumat verilir.


Modern.az xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
 

“Yaxın zamanda Dövlət İmtahan Mərkəzi tərəfindən Tarif Şurasına tələbə və dövlət qulluğuna qəbulla bağlı xidmətlərin ödəniş qiymətlərinin artımı ilə bağlı müraciət edilməyib”.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin kəşfiyyata təcili ƏMR VERDİ - Türkiyəni kimlər qarışdırır?