Modern.az

Eldar Namazovun müavini Baş Prokurorluğa çağırıldı

Eldar Namazovun müavini Baş Prokurorluğa çağırıldı

Təhsil

30 Avqust 2013, 11:25


“EL” hərəkatı sədrinin təşkilati məsələlər üzrə müavini Köçəri Nağıbəyli Baş Prokurorluğa çağırılıb. Bu barədə Modern.az-a “El” hərəkatının üzvü, politoloq Zəfər Quliyev məlumat verib. Bildirib ki, “El”-in keçmiş üzvü Əflan İbrahimovun müraciəti üzrə K.Nağıbəyli bu gün saat 14:00 üçün prokurorluğa çağırılıb.

Qeyd edək ki, ötən gün “El” hərəkatının sədri Eldar Namazov da Ba Prokurorluğa çağırılıaraq 4 saat dindirilib. Çağırış EL hərəkatının keçmiş üzvü Əflan İbrahimovun bəyanatı ilə əlaqədardır. Bəyanata görə, Milli Şura kütləvi iğtişaşlar hazırlayır.

Anar RÜSTƏMOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı