Modern.az

Cəmil Həsənli toplantı çağırdı

Cəmil Həsənli toplantı çağırdı

Təhsil

2 Sentyabr 2013, 10:45

Sentyabrın 2-də saat 11.00-da Müsavat Partiyasının qərargahında toplantı olacaq. Milli Şuradan AzNews.az-a verilən məlumata görə, sözügedən toplantı Milli Şuranın vahid namizədi, professor Cəmil Həsənlinin təşəbbüsü ilə baş tutacaq.

Prezidentliyə namizədin iclası keçirməkdə məqsədi ölkədəki mövcud vəziyyəti müzakirə etməkdir.

Qeyd edək ki, toplantıda “El” hərəkatının sədri Eldar Namazov, Müsavat başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli, politoloq Zəfər Quliyev, eləcə də başqa müxalifət partiyalarının liderləri iştirak edəcək.

  Modern.az
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!