Modern.az

Vəkil: “Elşad Abdullayev Fransadadır, heç bir problemi yoxdur” - AÇIQLAMA

Vəkil: “Elşad Abdullayev Fransadadır, heç bir problemi yoxdur” - AÇIQLAMA

Təhsil

18 Sentyabr 2013, 17:39


“Elşad Abdullayevlə bağlı istintaq işində heç bir yenilik yoxdur”. Bu sözləri Modern.az-a açıqlamasında ABU-nun keçmiş rektorunun vəkili Adil İsmayılov bildirib. Onun sözlərinə görə, bu cinayət işinin istintaq materiları ilə bağlı həbs edilmiş keçmiş deputat Gülər Əhmədova tanış olub. 

“İstintaq Elşad Abdullayevi həmin iş üzrə zərərçəkən qismində tanımayıb. Odur ki, istintaq işində də heç bir yenilik yoxdur”-deyə vəkil bildirib.

A.İsmayılov qeyd edib ki, hazırda Elşad Abdullayev Fransadadır.  “Onun heç bir problemi yoxdur”-deyə vəkil sonda vurğulayıb.  

Qeyd edək ki, həbsdə olan parlamentin keçmiş deputatı Gülər Əhmədovaya qarşı iki maddə iki maddə üzrə - 178.2 (dələduzluq) və 307.2 (cinayəti bilərəkdən gizlətmək) cinayət işi qaldırılıb.

Eks-deputatın həbsinə Beynəlxalq Universitetin keçmiş rektoru Elşad Abdullayevin açıqladığı video səbəb olub. Gizli kamera ilə çəkilmiş həmin kadrlarda G.Əhmədova  və onun əlaltısı mərhum Sevinc Babayevanın E.Abdullayevin deputat seçilməsi üçün ondan pul  istəməsi ilə bağlı kadrlar var. 

Gültəkin ƏLƏSGƏR

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı