Modern.az

MSK Cəmil Həsənlinin 37 vəkilini qeydə aldı

MSK Cəmil Həsənlinin 37 vəkilini qeydə aldı

Təhsil

19 Sentyabr 2013, 16:31

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. Modern.az-ın məlumatına görə, iclasda prezidentliyə namizədlərin səlahiyyətli nümayəndələrinin təsdiq edilməsi məsələsinə baxılıb.

Azərbaycan Sosial Demokrat Partiyası (ASDP) və Azərbaycan Demokrat Partiyasının (ADP) məşvərətəçi səs hüquqlu üzvləri təsdiq edilib.

MSK-nın iclasında həmçinin Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP), Müasir Müsavat Partiyasının (MMP) və Zahid Orucun səlahiyyətli nümayəndələri də qeydə alınıb.

MSK tərəfindən Böyük Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) 50, ASDP-nin 5 , ADP-nin 17, Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin 37 və Ədalət Partiyasının 13 vəkili qeydə alınıb.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı