Modern.az xəbər verir ki, noyabrın 23-də Berlin Filarmoniyasının Nəfəsli Alətlər Kvinteti ilk dəfə olaraq Bakıda Heydər Əliyev Mərkəzində çıxış edəcək.
Heydrə Əliyev Mərkəzindən verilən məlumata görə, mədəniyyətin inkişafına dəstək, dünya incəsənət nümunələrinin Azərbaycanda təbliği layihəsi çərçivəsində təşkil olunan bu klassik musiqi gecəsində dünya şöhrətli bəstəkarlar Motsart, Anton Reyxa, Dalius Milhaud və Karl Nilsenin əsərləri səslənəcək.Qeyd edək ki, Berlin Filarmoniyasının Nəfəsli Alətlər Kvinteti 1988-ci ildə yaradılıb. O, Berlin Filarmoniyasının tarixində təsis olunmuş ilk daimi kvintetdir. 25 ildir fəaliyyət göstərən kvintetin üzvləri: Maykl Hazel (fleyta), Andreas Vitman (qoboy), Volter Seyfars (klarnet), Ferqus MakVilyam (truba), Marion Reinhard (faqot).
İfaları ilə dinləyiciləri heyran edən Berlin Filarmoniyasının Nəfəsli Alətlər Kvinteti Avropa, Avstraliya, İsrail, Uzaq Şərq, Şimali və Cənubi Amerikada konsertlər verib. Bundan başqa ansambl Berlin, Edinburq, Salzburq festivalları, Marsel Kvintet Biennallesi kimi beynəlxalq tədbirlərin ən populyar çıxışçılarından olub.
Modern.az